SMS dili

kirpi.info-nun karikaturası

SMS dili — 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində mətn mesajları ilə və bəzən e-poçtani mesajlaşma kimi internet əsaslı ünsiyyət vasitəsi ilə istifadə edilən qısaldılmış dil və slenq.[1]

İlk mobil telefon mesajlaşma funksiyaları istifadəçiləri abbreviaturalardan istifadə etməyə təşviq edirdi. 2G texnologiyası mətn daxil etməyi çətinləşdirdi, hər hərfi yaratmaq üçün kiçik klaviaturada bir neçə düyməyə basmağı tələb edirdi və mesajlar əsasən 160 simvol (və ya 1280 bit) ilə məhdudlaşdırılırdı. SMS dili mətn mesajlarının yazılmasını sürətləndirir və eyni zamanda 160 simvoldan çox uzun mesajlar üçün provayderlərə əlavə ödəniş etməkdən yayınmağa kömək edirdi.

  1. Silberstein, Sandra. Maintaining "Good Guys" and "Bad Guys": Implicit Language Policies in Media Coverage of International Crises // Tollefson, James W; Pérez-Milans, Miguel (redaktorlar ). The Oxford Handbook of Language Policy and Planning (ingilis). New York: Oxford University Press. 2018. 318–332. doi:10.1093/oxfordhb/9780190458898.013.18. ISBN 978-0-19-045889-8.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy